• cümə, 29 Mart, 18:35
  • Baku Bakı 14°C

Maliyyə bazarlarında investorların maarifləndirilməsi – MÜTƏXƏSSİS RƏYİ

27.03.23 17:26 861
Maliyyə bazarlarında investorların maarifləndirilməsi – MÜTƏXƏSSİS RƏYİ

Maliyyə bazarları iqtisadi artım hədəfini reallaşdırmaq məqsədilə potensialı artıran investisiyalar mənbəyi olmaqla, kapitalın bazaya yayılmasını təmin edir və gəlir bölgüsü ədalətsizliyinin qarşısını alır. Maliyyə bazarları qiymətli kağızların, valyutaların və mövcud digər investitsiya alətlərinin alqı-satqısının həyata keçirildiyi bazardır. Maliyyə bazarlarının işləməsinin təməl qaydası maliyyə tələbi və təklifi olanları bir araya gətirməyə əsaslanmaqdadır. Bir növ bazar iştirakçıları arasında münasibəti asanlaşdırmaqdadır. Qanuni və hüquqi müstəvidə qarşılıqlı qorunmanı təşkil etməkdədir.

Maliyyə bazarlarında daxili və xarici risklərə görə müəyyən dövrlərdə qeyri-sabitlik yarana bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında qeyri-sabitlik və spekulyativ fəaliyyətlər daha çox müşahidə olunsa da, qeyri-müəyyənlik və risk daha çox müşahidə olunur. Qeyri-müəyyənlik və risk maliyyə bazarlarında investorların maliyyə qərarlarının müvəffəqiyyətinə birbaşa təsir göstərir. Ümumiyyətlə qəbul edilir ki, aşağı gəlir aşağı risk, yüksək gəlir isə yüksək risk daşıyır. Qeyri-müəyyənlik və risk kiçik investorların bazarlardan uzaq durmasına səbəb olur, eyni zamanda kapital yığıımını azaldır və balanslaşdırılmış gəlir bölgüsü hədəfinə çatmağı çətinləşdirir. Maliyyə sistemi pul bazarı və kapital bazarı kimi iki elementdə araşdırılır. Pul bazarı ilə kapital bazarı arasındakı fərq investisiyanın və ya maliyyələşdirmənin ödəmə müddətindədir.

Azərbaycan maliyyə bazarlarının inkişafı üçün sabit, etibarlı, rəqabətli, səmərəli və şəffaf mühitdə fəaliyyət göstərməsi mütləqdir. Bu fəaliyyətin yerinə yetirilməsində Mərkəzi Bank nəzarət qurumu olaraq fəaliyyət göstərməkdədir. Azərbaycan Mərkəzi Bankı investorların  hüquq və mənafeylərini qorumaqdadır. Özəlliklə son dörd ildə Azərbaycan maliyyə bazarlarına əlçatanlığın asanlaşdırılması və kapital bazarlarında vasitəçilik təklif edən qurumların artması fonunda investorların marağı daha da artmışdır. Bu isə nəticə etibari ilə, şirkətlərin ucuz və rahat maliyyə qaynağına əlçatanlığını artırmışdır. Beləki, təkcə korporativ istiqrazlar sektorunda bazarda böyük təkliflər ortaya çıxmış və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “MİDA” MMC, “Pasha Yatırım Bankası” A.Ş, “BOKT Embafinans “ MMC və.s. digər şirkətlər tərəfindən istiqrazlar ixrac edilmişdir. İstiqrazların illik -faiz dərəcəsi isə ortalama 5-8 % arasında dəyişmişdir. Aralarında market sektorunun aparıcı qurumlarından biri olan “Azərbaycan Supermarket” MMC də yer alıb. İstiqrazların gəlirliliyi illik faiz dərəcəsi 10.5% və faiz ödənişləri 3 aydan bir olmaqla ödənəcəkdir.

Maliyyə bazarlarının inkişafı fonunda yerli investorların risk səviyyələrindən və onların məruz qalabiləcəyi maliyyə itkilərindən ətraflı məlumatlı olması lazımdır. Beləki Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə savadlığı layihəsi həyata keçirilməkdədir. Yalnız bu layihə ilə deyil, həmçinin kapital bazarlarında vasitəçilik təklif edənlər tərəfindən məlumat verilməsi vacibdir. Qısa zaman ərzində Azərbaycanda maliyyə bazarı iştirakçılarının qorunması və məlumatlanması məqsədiylə ödənişsiz treyninqlərin keçiriıməsi vacib ola bilər. Bu isə öz növbəsində yeni layihələrin ortaya çıxmasına gətirb çıxardar. Layihə hazırlanarkən kimliyindən asılı olmayaraq, məktəb şagirdindən başlayaraq yaşlı insanlaraın başa düşə biləcəyi geniş spektrə qədər olan qismi əhatə etməsi önəmli olmalıdır. Bu isə investorların kiçik və ya böyük olmasından asılı olmayaraq, bazarda iştirak etməsinə yol açmalıdır. Layihə qismində Azərbaycan dövlət qurumlarında dəstək alınaraq yeni iş birliyi formalaşdırıla bilər. Gələcəkdə sabit və yüksələn xəttlə inkişaf edən maliyyə bazarları, Azərbaycanda iri, orta və kiçik investorların qorunmasına yol açacaqdır. Layihə qismində istehlakçıların hüquqların qorunması və marifləndirilməsi işi priotet olmalıdır.

Fərhad QURBANOV
Maliyyə eksperti

banner

Oxşar Xəbərlər