cümə, 01 Iyul, 23:05

Baku Bakı 28°C

Laçında fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

icon 191 icon 30 aprel 2022 | 13:15 Laçında fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Laçın rayonunda fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xatırladaq ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən P.Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

O, hospitalda dünyasını dəyişib.