• cümə axşamı, 28 mart, 13:53
  • Baku Bakı 16°C

İrandan Azərbaycana 50 kq narkotik gətirən 5 nəfər tutulub

19.05.23 14:15 370
İrandan Azərbaycana 50 kq narkotik gətirən 5 nəfər tutulub

Həyata keçirilən əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər tutulub.

Kaspi.az xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.

Məlumata görə, Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərovdan ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.

Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

banner

Oxşar Xəbərlər