• şənbə, 27 Aprel, 03:58
  • Baku Bakı 14°C

İcbari tibbi sığortadan kimlər yararlana bilməz? - RƏSMİ

13.07.22 14:15 670
İcbari tibbi sığortadan kimlər yararlana bilməz? - RƏSMİ

İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilən şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Kaspi.az-a bildirilib.

Bildirilib ki, eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icbari tibbi sığorta şamil edilmir.

banner

Oxşar Xəbərlər