• çərşənbə axşamı, 05 mart, 04:42
  • Baku Bakı 2°C

Hande Harmancı: “Koronavirusla bağlı pandemiya dövrü bitib”

09.05.23 17:15 424
Hande Harmancı: “Koronavirusla bağlı pandemiya dövrü bitib”

“Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”. Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, COVID xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb. “Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVID də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Digər tərəfdən genomika araşdırmaları davam etdirilməlidir. Bildiyimiz qədəri ilə Azərbaycan da bu istiqamətdə tədqiqatlar aparır. Təbii ki, bundan sonra da yenə pandemiyalar olacaq. Prosesləri yaxından izləməliyik ki, gələcəkdə ortaya çıxa biləcək hər hansısa pandemiyalara vaxtında müdaxilə edə bilək”. Hande Harmancı koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi zərurətinə də aydınlıq gətirib. O bildirib ki, bununla bağlı qərarı hər bir ölkə müstəqil olaraq verir.

banner

Oxşar Xəbərlər