• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

Hamiləliklə bağlı risk qrupları açıqlanıb

05.05.23 13:47 377
Hamiləliklə bağlı risk qrupları açıqlanıb

Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova deyib.

O vurğulayıb ki, sosial-bioloji, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir: "Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidir ki, problem aşkarlanarsa müdaxilə vaxtında icra oluna bilsin".

banner

Oxşar Xəbərlər