bazar, 29 Yanvar, 16:01

Baku Bakı 8°C

Göygöldə əxlaqsızlıq yuvası aşkarlandı, 3 nəfər saxlanıldı

icon 136 icon 21 yanvar 2023 | 12:15 Göygöldə əxlaqsızlıq yuvası aşkarlandı, 3 nəfər saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Kaspi.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.