• şənbə, 20 Aprel, 18:06
  • Baku Bakı 24°C

Goranboyda 2 nəfərin öldüyü qəzanın görüntüsü

16.05.23 12:22 405
Goranboyda 2 nəfərin öldüyü qəzanın görüntüsü

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş DYP İdarəsindən verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər