• cümə, 29 Mart, 02:15
  • Baku Bakı 7°C

Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən şəxsin qanında narkotik aşkarlanmayıb

29.06.22 19:00 467
Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən şəxsin qanında narkotik aşkarlanmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksioneri Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində Fərid Qafarov ifadə verib.

Ötən prosesdə Sənay Qəhrəmanlının anası Zümrüd Yağmur ifadəsində deyib ki, qızı ilə Əsgər Ağazadənin birlikdə olduğu iddia olunan gündə Fərid Qafarov onlara narkotik aparıb.

Məhkəmədə ifadə verən şahid ümumiyyətlə həmin gün Əsgər Ağazadənin evinə getmədiyini bildirib: "Əsgərlə telefonla mesajlaşırdıq. Mənə dedi ki, dur gəl bizə. Həmin gün işim olduğu üçün gələ bilməyəcəyimi dedim. Dediyim kimi, ümumiyyətlə, həmin gün o evə getməmişəm".

Bundan sonra iş üzrə sənədlərin tətqiqi mərhələsi başlayıb.

Reklamınızı SmartBee ilə effektiv edin.
Məhkəmədə elan olunmuş ekspertiza rəylərinə görə ittiham olunan şəxsin qanında narkotik aşkar olunmayıb. Həmçinin, Sənay Qəhrəmanlının bətnindən götürülən analizdə və bioloji materiallardan götürülən nümunələrdə Əsgər Ağazadəyə aid spermatozoid aşkar olunmayıb.

Növbəti proses iyulun 13-nə təyin olunub.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

banner

Oxşar Xəbərlər