• cümə axşamı, 25 aprel, 17:00
  • Baku Bakı 23°C

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb

18.09.22 14:30 331
Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb

Dünyada koronavirusa yoluxanların sayı 611 milyon 702 min 686 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun yayıldığı gündən indiyədək 6 milyon 525 min 786 nəfər COVID-19-dan dünyasını dəyişib. 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

“Worldometers” portalının məlumatına görə, bazar günü səhərə qədər planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 837,2 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3222, Hindistanda 376, Braziliyada 3183, Fransada 2358, Almaniyada 1775 nəfər ölüb.

banner

Oxşar Xəbərlər