çərşənbə, 29 Mart, 11:35

Baku Bakı 12°C

Dörd həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 13 faiz artıb

icon 203 icon 26 yanvar 2023 | 10:30 Dörd həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 13 faiz artıb

2022-ci ilin dekabrın 26-dan 2023-cü ilin yanvarın 22-dək 11 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 55 mindən çox insan ölüb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 25% azalıb, ölənlərin sayı isə 13% artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki, dörd həftə ərzində dünyada 11 044 336 nəfərdə koronavirus aşkarlanıb, 55 108 nəfər isə virusdan dünyasını dəyişib.

Son bir həftə ərzində (yanvarın 16-dan yanvarın 22-dək) ​​ən çox yoluxma Yaponiyada aşkarlanıb - 672 526. Yeddi gündə ən çox ölüm halları isə ABŞ-da (3,922) qeydə alınıb.

Bütövlükdə pandemiyanın başlanmasından bəri 664 873 023 nəfər COVID-19-a yoluxub, 6 724 248 nəfərin həyatını xilas etmək olmayıb. Son sutka ərzində dünyada virusa yoluxan 179 108 nəfərin 713-ü ölüb.