şənbə, 02 Iyul, 00:59

Baku Bakı 22°C

DİN aksiya ilə bağlı məlumat yayıb

icon 214 icon 14 may 2022 | 20:00 DİN aksiya ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.

"Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb", - E.Hacıyev bildirib.