• çərşənbə, 24 Aprel, 05:58
  • Baku Bakı 14°C

COVID-19-la bağlı fövqəladə vəziyyət başa çatıb, lakin pandemiya davam edir

06.05.23 12:15 533
COVID-19-la bağlı fövqəladə vəziyyət başa çatıb, lakin pandemiya davam edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. Lakin pandemiya hələ davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-nin fövqəladə vəziyyət üzrə proqramının direktoru Maykl Rayan bildirib.

O deyib: “İnanmıram ki, elə bir dövr gələcək və biz pandemiyanın başa çatmasını deyə bilək. Reallıq ondadır ki, virus dövr etməkdə davam edir. Yaxşı xəbər ondadır ki, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət bitib”.

ÜST-nin eksperti Mariya van Kerkhove də analoji fikirlərlə çıxış edib. “Üç il yarım davam edən fövqəladə vəziyyət mərhələsi başa çatıb, lakin koronavirus hələ də dövr edir. Biz onunla mübarizəni səhiyyə sistemlərinə necə inteqrasiya edəcəyimizi öyrənməliyik. Başlıca problem ondadır ki, virus mutasiyaya uğramaqda davam edir. Hər həftə minlərlə insan ölür, yüz minlərlə insan xəstəxanalara düşür və milyonlarla insan bu xəstəliyə yoluxur. Biz böhran fazasında deyilik, lakin ayıqlığı qoruyub saxlamağımız vacibdir”, - deyə ekspert əlavə edib.

Koronavirusla bağlı fövqəladə vəziyyət rejimi dünya səhiyyəsində 2020-ci il yanvarın sonlarından qüvvədədir. 2020-ci il martın 11-də ÜST xəstəliyin yayılmasını pandemiya kimi xarakterizə etmişdi.

banner

Oxşar Xəbərlər