çərşənbə, 08 Fevral, 04:58

Baku Bakı 3°C

Çində koronavirusa yoluxanların sayı kəskin artıb

icon 347 icon 23 noyabr 2022 | 09:30 Çində koronavirusa yoluxanların sayı kəskin artıb

Çində koronavirusa yoluxanların sayı son günlər nəzərəçarpacaq dərəcədə artıb, ölkədə yoluxma nisbəti tarixi antirekorda yaxınlaşıb.

“Report” xəbər verir ki, bu barədə “TASS” Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.

Son 24 saat ərzində səlahiyyətlilər 29 157 yeni yoluxma (asemptomatik xəstələr də daxil olmaqla - Red) qeydə alıb. Agentliyin statistikasına görə, Çində infeksiyaların maksimum artımı aprelin 14-də (29 411 hadisə - Red) qeydə alınıb.

Rəsmi məlumatlara görə, ölkədə ixtisaslaşmış tibb müəssisələrində müalicə olunan yoluxmuş şəxslərin 90%-dən çoxu heç bir əlaməti olmayan virus daşıyıcılarıdır. Yanvarın sonunda bu göstərici 20%-ə yaxın olub.