• cümə axşamı, 18 aprel, 12:09
  • Baku Bakı 22°C

Birincili qlaukomanın qohum nikahlarında rastgəlmə tezliyi daha çoxdur

30.04.22 12:30 395
Birincili qlaukomanın qohum nikahlarında rastgəlmə tezliyi daha çoxdur

Qlaukomanın uşaqlar və böyüklər arasında inkişaf mexanizmi, yanaşma və əlamətləri fərqlidir. Uşaqlarda qlaukoma birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili qlaukoma anadangəlmə olur və ilk iki il ərzində özünü büruzə verə bilir. Bu zaman göz almasının böyüməsi və bulanması, bozumtul rəngə çalması, uşaqların gözlərindən yaş gəlməsi müşahidə olunur. Qohum nikahlarında rastgəlmə tezliyi daha çoxdur. Odur ki, qohum nikahlarında olan valideynlər öz övladlarına daha çox diqqət yetirməlidirlər. Qohumla ailə qurmayanların övladlarında da qlaukoma ola bilər. Bu, ikincili qlaukomadır və müəyyən sindrom və ya sistematik xəstəliklərlə əlaqədar ola bilər. İlk iki-üç ildə göz almasının böyüməsi müşahidə edilə bilir ki, valideyn fərqi hiss edib müraciət edir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq Nigar Həsənova deyib.

Onun sözlərinə görə, bir qədər böyük yaşlarda göz almasının böyüməsi olmur deyə başqa əlamətlərlə qiymətləndirilir. Bu zaman sürətlə artan miopiya, çölə çıxanda gözdən yaş axması ola bilər.

“Qlaukoma çox ağır patologiyadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qlaukomalı xəstələr 15 il ərzində görmələrini tam itirə bilərlər. Statistikaya görə, qlaukoma 50 faiz hallarda korluqla nəticələnir. Bu, çox böyük bir rəqəmdir. Böyüklərdə qlaukomanın inkişafı mexanizmi fərqlidir. Onlarda ön kamera bucağının bir müddət sonra “kirlənməsi” qeydə alınır. Əksər hallarda əlamətsiz keçir, pasiyent görməsini tədricən itirdiyindən xəbərsiz olur. Odur ki, böyüklərə 40 yaşdan sonra ildə bir dəfə gözdaxili təzyiqi ölçdürmələri tövsiyə olunur. Qlaukoma riski olanlar var ki, onlar daha sıx yoxlanmalıdırlar. Körpələrdə də valideynlər hansısa bir narahatlıq hiss edirlərsə, mütəxəssisə müraciət etsinlər”, - deyə N.Həsənova qeyd edib.

banner

Oxşar Xəbərlər