şənbə, 03 Iyun, 22:05

Baku Bakı 27°C

Bakıda ticarət mərkəzindən 1 000 manatlıq oğurluq olub

icon 218 icon 23 mart 2023 | 11:30 Bakıda ticarət mərkəzindən 1 000 manatlıq oğurluq olub

Bakıda ticarət mərkəzindən 1 000 manatlıq geyim əşyaları oğurlanıb.

Bu barədə Kaspi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1 000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.