• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Bakıda şokolad oğrusu tutuldu

13.01.23 17:30 493
Bakıda şokolad oğrusu tutuldu

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

Hadisə paytaxtın B.Sərdarov küçəsində yerləşən “Spar” marketdə qeydə alınıb.

Market rəhbərliyi polisə müraciət edərək mağazada xeyli miqdarda şokoladın oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 33 yaşlı Rasim Abdülrəhmanov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Mahir Qocayevə məxsus avtomobildən də 500 manat pul oğurlaması müəyyən edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər