şənbə, 01 Oktyabr, 01:53

Baku Bakı 19°C

Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib

icon 256 icon 03 avqust 2022 | 16:15 Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib

Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.