• çərşənbə, 24 Aprel, 00:31
  • Baku Bakı 14°C

Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb - Nazir

20.01.23 09:37 424
Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb - Nazir

Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümü qriplər yayılıb.

"Buna görə də hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanılıb, - nazir deyib.

Qeyd edək ki, son günlər əhali arasında geniş yayılan virusun influenza olduğu bildirilir. 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

banner

Oxşar Xəbərlər