Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb

"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.