çərşənbə, 17 Avqust, 17:49

Baku Bakı 35°C

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

icon 175 icon 07 iyul 2022 | 17:40 Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var.

Bu günə qədər 9 719 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 348, bu günə qədər isə ümumilikdə 6 980 033 test icra olunub.