• şənbə, 27 Aprel, 03:39
  • Baku Bakı 14°C

Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır

04.08.22 10:30 546
Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır

"Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır”.

Kaspi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında monitorinqlər keçirilib. Təəssüflər olsun ki, monitorinqin nəticələri ana südü ilə qidalanmanın istənilən səviyyədə olmadığını göstərib. Lakin uşaq dünyaya gətirən analar bilməlidir ki, doğum sonrası depressiya riski südverən analarda çox aşağı olur, eyni zamanda südvermə zamanı ifraz olunan hormon sayəsində uşaqlığın yığılması sürətlənir. Ümumiyyətlə süd vermək ananın sağlamlığı üçün çox vacibdir.

Bəzən analar südünün az olmasından şikayətlənir. Lakin körpələrin mədəsi çox kiçikdir. Hətta 10 milliqram ana südü uşaq üçün olduqca faydalıdır”.

banner

Oxşar Xəbərlər