• cümə axşamı, 28 mart, 16:04
  • Baku Bakı 16°C

Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqlənib

20.09.21 10:30 264
Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqlənib

"Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq".
Bunu"Report"un sorğusuna cavab olaraq Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədriMəftun Abbasovdeyib.
O bildirib ki, ev muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq: "Şuşada keçirilən Beynəlxalq Musiqi Festivalı 30 illik işğal dövründən sonra Mədəniyyət Nazirliyi ilə Şuşa Dövlət Qoruğunun ilk birgə tədbiridir. Bu tədbir hər il Şuşada keçiriləcək. Üzeyir Hacıbəylinin ev muzeyi hazır olduqdan sonra festivalı orada da keçirə bilərik".
banner

Oxşar Xəbərlər