• cümə, 19 Aprel, 23:08
  • Baku Bakı 24°C

Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək

12.10.19 17:08 478
Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək
Özbəkistan Respublikasının prezidentiŞavkat Mirziyoyevoktyabrın 14-15-də BakıdaTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısındaiştirak edəcək.
"Report" xəbər verir ki, bu barədəÖzbəkistan prezidentinin Mətbuat xidməti açıqlama yayıb.
Sammitdəçoxplanlı əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə dair məsələlər müzakirə ediləcək. HəmçininÖzbəkistanın təşkilata tamhüquqlu üzv olması üçün birgə bəyanat qəbul olunacaq.
Sonda TDƏŞ-in VII Zirvə Toplantısının yekunBəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
Özbəkistan prezidenti BakıdaTDƏŞ-ə üzv dövlətlərin nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb.İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.
banner

Oxşar Xəbərlər