• cümə, 29 Mart, 04:20
  • Baku Bakı 7°C

Yol polisi məktəblərin qarşısında təhlükəsizliklə bağlı hərəkətə keçdi - FOTO

22.09.21 13:55 286
Yol polisi məktəblərin qarşısında təhlükəsizliklə bağlı hərəkətə keçdi - FOTO
Avtomobil yollarına daha yaxın məsafələrdə yerləşən tədris müəssisələrində Bakı Dövlət Yol Polisinin təbliğat şöbəsinin əməkdaşları "Diqqət Uşaqlar” adlı təhlükəsiz aylığı çərçivəsində uşaqlarla maarifləndirici söhbətlər aparıblar.
BunuOxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O bildirib ki, məktəblərin giriş-çıxış hissələrində əvvəlcədən hazırlanan xəbərdaredici plakatlar asılıb:
"Xüsusilə müəllim və valideynlərin diqqətinə çatdırılıb ki, yol hərəkəti qaydalarını bilmək məktəblilərin təhlükəsiz hərəkətini təmin edir. Azyaşlı uşaqların yol qəzalarında həyat və sağlamlıqlarını itirməməsi üçün təbliğat şöbəsinin polis əməkdaşlarının profilaktik və maarifləndirmə xarakterli tədbirlər keçirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi tədris ili boyunca birgə fəaliyyət proqramı hazırlayıb. Mövcud tələblərə və operativ qərargahın tələblərinə uyğun şəkildə mütəmadi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd azyaşlı uşaqları yol nəqliyyat hadisələrindən qorumaqdır.

Maarifləndirici tədbirləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli tərəfindən aparılır. Məktəblilərin yol hərəkəti haqqında qaydaları daha tez mənimsəməsi üçün bu kimi tədbirlər mərhələli şəkildə keçirilir”.
banner

Oxşar Xəbərlər