Ballıcaya ilk köç
![Ballıcaya ilk köç](https://kaspi.az/storage/posts/large/V8kygEt7EKAJ3Wm3QoHXBc0k2ATz2izUvQ73guhz.jpg)
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də sakinlərini qəbul etməyə hazırdır.
Dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülüb.
Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
![banner](/images/kaspibanner.jpg)