AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaxın zamanlarda Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

Yaxın zamanlarda Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

Siyasət
16 Sentyabr 2020, 18:22 942
Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qalxması və vətəndaşların daha rahat gediş-gəlişi üçün lazımi addımlar atılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, bunun üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var.
O qeyd edib ki, Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində bu məsələ qaldırıldı və dərhal qeydiyyata götürüldü: "İşçi səviyyəsində addımlar atılır, texniki məsələlərin həlli üçün sənədlər hazırlanır və ümid edirəm ki, yaxın zamanlarda praktiki olaraq bu məsələnin həllinə nail olacağıq, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, Türkiyədən də Azərbaycana gedib-gələcəklər”.