• cümə axşamı, 28 mart, 23:23
  • Baku Bakı 13°C

Yaqub Zurufçunun son durumu AÇIQLANDI

14.09.21 09:30 231
Yaqub Zurufçunun son durumu AÇIQLANDI
"Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti axşam saatlarından etibarənbir az da ağırlaşıb”.
Bu barədəOxu.Az-a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
O bildirib ki, həkimlərin sözlərinə görə, sənətçinin vəziyyətini stabil saxlamaq çətinləşib:
"Həkimlərlə danışırıq. Onlar deyir ki, əlimizdən gələni edirik. Lakin Yaqubun vəziyyətini stabil saxlamaq olmur. Vəziyyəti bir qədər də ağırlaşıb”.
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onudərhal "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağırolaraq qiymətləndirirlər.
Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.
banner

Oxşar Xəbərlər