XOŞBƏXTLİK: LİNQVİSTİK-TERMİNOLOJİ MƏNASI, DİNİ VƏ FƏLSƏFİ-ƏXLAQİ MAHİYYƏTİ

Ərəb dilində “s-a-d” kökündən törəyən “saadət” ismi dilimizdə eynən “səadət, xoşbəxtlik” mənasında işlənir. Bu sözün mənası “tale, uğur, bərəkət” kimi də verilir. “Səadət” sözünün antonimi “şəqavət”, yəni “bədbəxtlik”dir. Bununla əlaqədar olaraq, səadət “Allahın insana bərəkət ehsan etməsi, onu xoşbəxtliyə qovuşdurması” şəklində səciyyələndirilir. Səadət və şəqavətin izahında kənar bir varlığın təsirindən, bu mənada şans və qismətdən danışılır.
İslamdan əvvəlki dövrlərdə bu təsir virtual astroloji və mifoloji təsirlərlə əlaqələndirilib. İslami yanaşmaya görə, səadət və şəqavət mövzusunda qeyri-İlahi varlıqların və hadisələrin müəyyən təsiri olsa da, əsl və son səbəb Allahın elm, iradə və qüdrətidir. İslamdan öncəki ərəb ədəbiyyatında və klassik lüğətlərdə “yaxşı bəxt, uğur, tale, nicat vasitəsi” kimi sözlər “səadət” kəlməsi ilə yanaşı işlənmişdir. İslami dövrdə əxlaqi, fəlsəfi və dini mənaların əlavə olunduğu “səadət” kəlməsi həmin elm sahələrinin də termini olmaq statusunu qazanıb.
Qurani-Kərimdə “səidə” (xoşbəxt oldu), “əsadəhullah” (Allah onu xoşbəxt etsin), “raculun səid” (xoşbəxt adam) və s. kimi söz və ifadələr işlənib. “Hud” surəsində deyilir: “Xoşbəxtlik bəxş edilənlərə gəlincə, onlar cənnətdədirlər” (Hud 11/108), yaxud: “Onların bir qismi xoşbəxt, bir qismi isə bədbəxtdir” (Hud 11/105). Ayələrdə insanların məhşər günündə mühakimə ediləcəyi, kiminin bədbəxt, kiminin də xoşbəxt olacağı bildirilir. Bədbəxtlər atəşə atılacaq, orada əbədi ah-vay edib inləyəcək, xoşbəxtlər isə cənnətə girəcək və orada bitib-tükənməyən lütfə qovuşacaqlar. Quranda axirətdəki bədbəxtliyi ifadə etmək üçün “xüsran”, “xizy”, “hüzün”, “xof” kimi sözlərdən istifadə edilib. Eyni zamanda əməlisaleh, ehsan və təqva sahiblərinin səadətə qovuşacaqları bir çox ayədə bildirilib.
“Səadət” sözü ayə və hədislərdə həm dünyəvi, həm də axirət səadəti kontekstində işlənib. Xeyirxah həyat yoldaşı, rahat bir mənzil və yaxşı qonşu xoşbəxtlik qaynağıdır. Eyni zamanda qədərlə barışmaq, fitnələrdən uzaq durmaq, başqalarının səhvlərindən ibrət götürmək də xoşbəxtliyin səbəbləri kimi göstərilir. Hz.Peyğəmbər “Xoşbəxtlik əhlinə xoşbəxtlik qazandıran əməllər, bədbəxtliyi seçənlərə isə bədbəxt edən işlər asanlaşdırıldı” – buyurarkən Qurani-Kərimin “əl-Leyl” surəsindəki müvafiq ayələrdən çıxış edib. Tam bir səmimiyyətlə “la ilahə illəllah” deyənlər Rəsulullahın şəfaəti sayəsində ən üstün xoşbəxtliyə qovuşacaqlar.
Evdemonizm anlayışına görə əxlaqın qayəsi səadətdir. Amma səadətin mahiyyəti haqqında müxtəlif fikirlər vardır. Platona görə, xoşbəxtlik dürüstlük və ədalətdən, bədbəxtlik isə nadürüstlük və ədalətsizlikdən doğur. Epikür xoşbəxtliyi ruhi zövq və sakitlikdə görürdü. Stoiklər ən yüksək yaxşılığın comərdlik, xoşbəxtliyin isə comərdliyin nəticəsi olduğunu söyləyir və bunun xaricində həzz, mal, hətta sağlamlıq kimi keyfiyyətlərin səadətlə birbaşa əlaqəsi olmadığını irəli sürürlər. Aristotel xoşbəxtliyi insanın çatmaq istədiyi ən son məqsəd kimi xarakterizə etsə də, onun müxtəlif cür anlaşılmasını da istisna etmir. Məsələn, xəstə adamın düşüncəsinə görə, xoşbəxtlik sağlam olmaq, kasıbın nəzərində xoşbəxtlik zəngin olmaqdır.
Bununla belə, maddi həzlər duyğularla bağlı olduğundan dəyişkəndir və bunlar ən yüksək məqsəd ola bilməz. İnsan şüurlu varlıq olduğu üçün əqli davranışları qədər xoşbəxt ola bilər. Belə ki, xoşbəxtlik ruhun əqlə uyğun davranışı, yaxud ruhun fəzilətə uyğun bir davranışıdır. Çünki insanın bütün dəyərli fəaliyyətlərinin iki mənbəyindən biri fəzilət, digəri ağıldır. İnsan yeganə ağıl sahibi olduğundan onun üçün ən xoşbəxt həyat düşüncə və idrak həyatıdır. İnsanın düşüncə həyatının şəhvət, öfkə və s. kimi pislik qaynağı olan duyğularla çirkləndirilməsi mümkün deyildir. Ağlı ölçülü şəkildə istifadə edən və özünü düşüncəyə həsr edən şəxs mükəmməl xoşbəxtliyə sahibdir.
Kant və onun ardıcıllarının təsnifatına görə, bütün əxlaq düşüncələri məqsəd güdən (teleoloji) və məqsəd güdməyən (deontoloji) olmaqla ikiyə bölünür. Birincisinə xoşbəxtlik əxlaqı, ikincisinə vəzifə əxlaqı deyilir. Kantdan əvvəlki əxlaq anlayışı birinci qrupa, Kant və ardıcıllarının görüşləri isə ikinci qrupa aid edilir. Birincidə vəzifə xoşbəxtlik üçün icra edilir, yəni xoşbəxtlik məqsəd, vəzifə isə vasitədir. Kant, əxlaqı məqsəd olmaqdan çıxarıb vasitəyə çevirən bu anlayışı tənqid edir. Əxlaqda eksperimental və emosional məqsəd fikrinə qarşı çıxan Kanta görə xoşbəxt olmaq, həzz duymaq və s. üçün göstərilən fəaliyyət, pis olmasa da belə, əxlaqi sayılmır. Çünki bunlar ağlın deyil, təbiətin tələbləridir. Vəzifə heç bir başqa məqsədə vasitə olmayacaq dərəcədə dəyərli və ucadır. Belə olan halda vəzifəni bir məqsəd üçün yox, əxlaq qanununa sayğı göstərmək naminə yerinə yetirməliyik. Əxlaq özümüzü necə xoşbəxt etmək təlimi olmayıb, xoşbəxtliyə necə layiq olmağın gərəkdiyi haqqında təlimidir.
Bizim xoşbəxtlikdən pay almağımız yalnız Allahın varlığı, özgürlük və ruhun ölümsüzlüyü fikrini qəbul etməklə mümkündür. Ən yüksək rifahın reallaşması, yəni fəzilətli insanın layiq olduğu xoşbəxtliyə çatması bu üç prinsipə inanmağı zəruri edir.
İslamın əxlaq qavrayışı və axirət inancı ilə yanaşı antik fəlsəfənin də təsiri ilə səadət mövzusu İslam fəlsəfəsinin əsas mövzularından biri olmuşdur. İlk İslam filosofu Yaqub əl-Kindi səadəti fəlsəfi bir problem kimi tədqiq etməsə də, insanın kədər və bədbəxtlikdən xilas olub əbədi səadətə çatmasının yollarını göstərir. O, xoşbəxtliyə qovuşmaq üçün keçici həvəslərin yerinə ağla uyğun yaşamağın zəruri olduğunu qeyd edir. Çünki əqli və mənəvi həzlər davamlı, maddi həzlər keçicidir.
Fərabi xoşbəxtliyi “insan nəfsinin kamilliyə çatması” kimi tərif edir. İnsanlar həqiqi xoşbətliyin nə olduğu barəsində yanılaraq gah sərvəti, gah da başqa bir məqsədi xoşbəxtlik sanırlar. Qayələrin ən dəyərlisi və ən yetkini xoşbəxtlikdir. Xoşbəxtlik heç bir məqsədə vasitə deyil, özü-özlüyündə məqsəddir. Buna görə də xoşbəxtlik bütün qayələrin, yaxud xeyirlərin ən ucası və kamilidir. Fərabiyə görə insan nəfsi ağıl, şəhvət və öfkədən ibarət üç təməl gücə sahibdir. İnsanı xoşbəxt edən yeganə şey əngin bir düşüncə həyatıdır.
Xoşbəxtlik həm də cəmiyyətin son məqsədidir. Bu ülvi məqsədə fəzilətli dövlətin xalqla həmrəyliyi nəticəsində nail olmaq mümkündür. Burada biri müvəqqəti dünya həyatına, digəri əbədi həyata aid iki cür kamillikdən söhbət gedir. Birincisi, əxlaqi fəzilətlərin təkamülündən ibarət bir növ zəmin hazırlayan kamillik, ikincisi, mütləq xeyir adlandırılan və yalnız özü üçün arzu edilən ən yüksək səadətdir. Fərabi ən yüksək səadətin ölümdən sonra reallaşdığına inanır. Nəfsin bədəndə məhbus olması və yalnız bədəndən çıxdıqdan sonra tam xoşbəxtliyə qovuşması fikri qədim inanclarda da mövcud idi. Bu görüş digər müsəlman mütəfəkkirlər kimi Fərabi tərəfindən də qəbul olunur. Fəzilətli insan üçün yaşamaq səadətə qovuşmaq üçün bir vasitəsidir. O, yaşamağı məhz bu şansı dəyərləndirmək məqsədilə istəyir.
Bir çox mənbələrdə xeyirlə xoşbəxtlik eyniləşdirilir. Bir sözlə, xoşbəxtlik yaxşı əxlaq, bədbəxtlik isə pis əxlaqdan ibarətdir. Arzu və istəklərini öz iradəsinə tabe etdirən insan təqdirəlayiq bir varlığa çevrilir və o, fəzilət sahibi, hakim, ya da filosof sayılır. İradəsini, ağıl və düşüncəsini prinsiplərlə uyğunlaşdırması isə onu savaba layiq bir varlıq edir. Deməli, Fərabiyə görə, xeyir və xoşbəxtliyə ağıl, iradə və dinin mütabiqliyi ilə çatmaq olar.
İbn Sina da öz sələfi Fərabi kimi, xoşbəxtliyi dini-metafizik kamilliyə çatmış insanın duyduğu ən yüksək həzz kimi düşünür. Əqli qüdrətin yetkinləşməsi sayəsində nail olunan bu xoşbəxtlik bütün cismani həzlərin fövqündədir. Xoşbəxtlik ağıl və ruhla əlaqədar olduğuna görə insanın xoşbəxtliyə çatmasının başlıca şərti bilgi və hikmətdir. Qeyd olunmalıdır ki, fəzilət sayılan hərəkətləri etmədən sırf nəzəri ağlın, yaxud biliyin gücü ilə xoşbəxtliyə çatmaq imkansızdır. İbn Sina yazır ki, xəstə yediyi şeylərdən zövq almadığı kimi, əxlaqi pisliklərlə kirlənmiş ruhlar da əsl kamillik və səadətdən xəbərsizdirlər.
Xoşbəxtliyin verdiyi zövq ağılla bağlı olduğu halda, digər zövqlər hissi və heyvani olmaqla qısamüddətlidir. İbn Miskəveyh qeyd edir ki, əqli zövqlər insana aid olduğu üçün dəyişkən olmur, kədərə çevrilmir, davamlıdır, tamdır və nəhayət, ilahi mahiyyətlidir. O, – çox ehtimal ki, dövrünün sufilərini nəzərdə tutaraq – bəzilərinin əqlə biganə yanaşıb inzivaya çəkilməklə xoşbəxtliyə qovuşmanın mümkünküyü fikrini rədd edir (Qeyd: İnziva – təsəvvüfdə günaha batmamaq və daha çox ibadət etmək məqsədilə cəmiyyətdən ayrılıb kimsəsiz yerə çəkilmək, təkbaşına yaşamaq deməkdir). Xoşbəxt olmanın əsas şərti hikmət dərəcəsinə çatıb bu sahədə davamlı yüksəlməkdir. Həqiqi və tam xoşbəxtlik isə ölümlə bərabər bu dünyadan yaxa qurtarıb Ulu Yaradana qovuşmaqla reallaşır.
Qəzali də axirət səadətini bütün xoşbəxtliklərin fövqündə görür. İnsan mərifətullahın ən yüksək dərəcəsinə yalnız axirətdə çata bilər.
Beləliklə, kainatda hər cəhətdən ən mükəmməl varlıq Allahdır. Deməli, mütləq gözəl olan da Allahdır. İnsan üçün həqiqi kamillik və gözəllik, dolayısilə tam xoşbəxtlik Allaha doğru yönəlməkdir.
İdris Abbasov