AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vergi Məcəlləsində dəyişiklik edilib

Vergi Məcəlləsində dəyişiklik edilib

İqtisadiyyat
23 Noyabr 2020, 17:02 274
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend xəbər verir ki, Qanuna əsasən, Vergi Məcəlləsinin əmlakın siyahıyaalınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə dəyişiklik edilib. Dəyişikliyə görə, aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:

89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergiödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergiödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir.