• şənbə, 05 Iyul, 08:40
  • Baku Bakı 23°C

“SOCAR Fiber” və “TurkNet” arasında razılaşma

05.07.25 00:35 87
“SOCAR Fiber” və “TurkNet” arasında razılaşma

“SOCAR Turkiye Enerji”nin törəmə müəssisəsi olan “SOCAR Fiber” və “TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

Bu barədə “Report” “SOCAR Turkiye Enerji”nin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"Layihə çərçivəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) boyunca uzanan 1 850 km uzunluğundakı “SOCAR Fiber”in fiber-optik rabitə xətti “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya ediləcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Gürcüstandan Yunanıstana qədər uzanan bu fiber-optik rabitə xətti indi Bursa, Eskişehir, Ankara, Sivas, Ərzurum və Qars şəhərləri yaxınlığından da keçəcək və bu yaşayış məntəqələrindəki istifadəçilərə yüksək sürətli və sabit internet bağlantısı təmin edəcək.

“SOCAR Fiber” 2013-cü ildə IP trafikinə və yüksək sürətli internet bağlantısına artan tələbatı qarşılamaq üçün təsis edilib. Şirkət 20 şəhər və 67 rayonda xidmət göstərir.

banner

Oxşar Xəbərlər