• cümə, 19 Aprel, 23:00
  • Baku Bakı 24°C

Van Qoqun çəkdiyi rəsm ilk dəfə ictimaiyyətə təqdim olunacaq

25.02.21 12:30 463
Van Qoqun çəkdiyi rəsm ilk dəfə ictimaiyyətə təqdim olunacaq
NiderlandrəssamıVinsent VanQoqun"Monmartredəki küçə səhnəsi”tablosu yarandığı gündən bəri ilk dəfəolaraq ictimaiyyətəgöstəriləcək.
APAxəbər verir ki, bu barədə "ARTnews”məlumat yayıb.
Rəsm əsəri Parisdəki "Sotheby's” hərrac evində sərgilənəcək, bundan əvvəl isə Amsterdam, Honkonq və Fransa paytaxtında geniş şəkildə nümayiş olunacaq.
Məlumata görə, şəkil 5-8 milyon avroya satışa çıxarılacaq.
"Monmartredəki küçə səhnəsi” 1887-ci ildə Van Qoq tərəfindən çəkilib. Əsər 1920-ci ildə şəxsi kolleksiyada olub və o vaxtdan bəri eyni ailədə qaldığından heç vaxt ictimaiyyətə göstərilməyib.
banner

Oxşar Xəbərlər