• cümə axşamı, 28 mart, 19:21
  • Baku Bakı 13°C

"Uçurum"un təqdimatı keçirildi

26.01.22 16:15 356
"Uçurum"un təqdimatı keçirildi
Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda yazıçı Yunus Oğuzun "Uçurum” romanının təqdimatı olub.
Kaspi.az xəbər verir ki, təqdimatda ədəbiyyat nümayəndələri və oxucular iştirak ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açaraq, yazıçı Y.Oğuzuntarixi romanlarının müasir ədəbi prosesdə özünəməxsus yer tutduğunu, nəinki Azərbaycan, həmçinin rus, ingilis, türk dillərində kitablarının çap olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu dəfə Y.Oğuz"Uçurum” romanı ilə oxucuların görüşünə gəlib.
Akademik, "Uçurum" romanının ön söz müəllifi Nizami Cəfərov əsərin mövzusundan, məğzindən, həmçinin Y.Oğuz yaradıcılığından söhbət açıb.
Təqdimat mərasimində millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, yazıçı-publisist Səyyad Aran, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, yazıçılar Elçin Hüseynbəyli, Azər Qismət, Elxan Zal,şair Xəyal Rza və digərləri də çıxış edərək fikirlərini bildirdilər.Qonaqlar yazıçının "Uçurum” romanı ilə yanaşı,digər əsərləri haqqında da danışıblar.
Xatırladaq ki, yazıçı Y.Oğuzun yeni kitabının redaktorları Fatimə Abbasquliyeva, Sərvaz Hüseynoğlu, Elmira Oğuz, bədii və texniki tərtibatçısı isə Mürsəl Bəhməndir.
Xanım Aydın
banner

Oxşar Xəbərlər