• şənbə, 27 Iyul, 04:57
  • Baku Bakı 27°C

Türkmənistanda SOCAR-ın ofisi açılıb

02.12.23 00:03 2278
Türkmənistanda SOCAR-ın ofisi açılıb

Azərbaycanla Türkmənistan arasında imzalanmış 100-dən çox sənəd münasibətlərin hüquqi bazasını formalaşdırır. “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin məhz bu ölkədə açılması xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür".

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin Türkmənistandakı nümayəndəliyinin açılışı mərasimində çıxışı zamanı bildirib.
M.Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb.

SOCAR-ın xaricdə ikinci nümayəndəliyi

2023-cü ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib. M.Cabbarov iki ölkə arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb. Nazir açılışda əməyi keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb.

Enerji sektorunda əməkdaşlıq

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. A.Beqliyev nümayəndəliyin ölkələr arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən R.Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.

Tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

banner

Oxşar Xəbərlər