• çərşənbə axşamı, 23 iyun, 11:17
  • Baku Bakı 24°C

Türkiyənin Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15.09.19 18:31 1259
Türkiyənin Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

banner

Oxşar Xəbərlər