• cümə, 19 Aprel, 08:44
  • Baku Bakı 13°C

Türkiyə ilə Rusiya prezidentləri Qarabağla bağlı müzakirə aparıb

24.06.21 21:21 343
Türkiyə ilə Rusiya prezidentləri Qarabağla bağlı müzakirə aparıb
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Danışıqlar zamanı tərəflər bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət veriblər.
Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər