Türk ədəbiyyatının “Qəribçi”ləri
Müasir
Türk ədəbiyyatında cümhuriyyətin qurulmasından sonra, yəni 1923-cü ildən etibarən
Qərbi Avropanın təsiri altında bir sıra şeir topluluqları formalaşmağa
başlamışdır. Bu topluluqlardan biri də türk cəmiyyətində vacib və əhəmiyyətli
ictimai-siyasi hadisələrin, sosial, mədəni dəyişikliklərin baş verdiyi zaman
dilimində, XX əsrin ilk yarısında ortaya çıxan Qərib ədəbi cərəyanı və ya
"birinci yeni şeiri”dir. Orxan Vəli Kanık, Oktay Rüfət Horozcu və Melih Cövdət
Anday üçlüsünün təmsilçiliyi ilə yaradılan Qərib hərəkatı cümhuriyyət sonrası
türk şeirinin dönüş nöqtələrindən biri hesab olunmuşdur.
2. Atalar sözü, məsəl, folklor, şifahi xalq ədəbiyyatından faydalanmaq
3. Şeirdə ölçü, bölgü və qafiyəyə qarşı çıxmaq, mənaya əhəmiyyət vermək
4. Sərbəst vəzndə yazmaq
5. Şeirdə ironiya və istehzaya yer vermək
6. Gündəlik həyatdakı hadisələri, sıradan insanların problemlərini, sevinclərini, qəribəliklərini əks etdirmək
7. Arqo ifadələrdən, jarqonlardan istifadə etmək
8. Kiçik insan tipini yaratmaq
9. Şeirdəki bütün qayda-qanunları rədd etmək və poeziyanın musiqi, rəsm kimi incəsənət sahələri ilə əlaqəsini kəsmək
10. "Şeir xalqa səslənməlidir” şüarıyla hər şeyi şeirin mövzusuna çevirmək
Öncə xəfif bir rüzgar əsir;
Yavaş-yavaş sallanır
Yarpaqlar, ağaclarda;
Uzaqlarda, çox uzaqlarda,
Suçuların heç durmayan çınqırakları;
İstanbulu dinləyirəm, gözlərim bağlı.
Aydan Umudova Çevik
Orxan
Vəli Kanığın rəhbərliyi altında qurulan ədəbi topluluğun əsası 1940-cı illərdə qoyulmuşdur.
Şair yaxın dostları Oktay Rüfət Horozcu və Melih Cövdət Anday ilə bərabər həm
forma, həm məzmun baxımından zamanın poetik ənənəsindən fərqli bir anlayış sərgiləmişdir.
Belə ki, yaxın dost olan bu üç şair 1937-1938-ci illərdən etibarən müxtəlif qəzet
və jurnallarda yeni tərzdə novator şeirlər dərc etdirməyə başlamışlar. 1941-ci
ildə Orxan Vəli Kanık dostu Cahit Yamaçın tövsiyəsi ilə üç şairin imzasını
daşıyan Qərib adlı ortaq şeir kitabı çap etdirmişdir. Yeni tərzdə yazdıqları
şeirləri bu ortaq kitabda bir araya gətirən şairlər klassik ənənəyə, keçmiş
poetik qaydalara qarşı çıxmış və ədəbiyyata yeni şeir anlayışını gətirmişlər.
Kitabda Orxan Vəlinin iyirmi dörd, Oktay Rüfətin iyirmi bir və Melih Cövdətin
isə on altı şeiri yer almaqdadır. Qərib ədəbi topluыu da adını məhz bu
kitabdan almışdır. Şeir kitabının müqəddiməsi Qərib ədəbi hərəkatının
manifestosu, bəyannaməsidir və cərəyanın əsas poetik xüsusiyyətlərini, istəklərini,
tələblərini özündə ehtiva etməkdədir. Orxan Vəli Kanık eyni zamanda 1939-cu ildə
Varlıq jurnalında "Şeirə dair” adıyla dərc etdirdiyi yazılarını bəzi dəyişikliklər
edərək ortaq kitabın müqəddiməsinə əlavə etmişdir. Kitabın ikinci nəşrində isə Orxan
Vəli özünün qələmə aldığı "Qərib üçün” adlı məqaləsinə də müqəddimədə yer
vermişdir. Kitab üç şairin imzasını daşısa da, müqəddimədəki düşüncələr tamamilə
Orxan Vəli Kanığa aiвdir.
Hətta Melih Cövdət bu düşüncələrə və ədəbi tənqidlərin bir çoxuna qoşulmamış,
aralarında fikir ayrılığı olmuşdur.
Avropa
ədəbiyyatından təsirlənən Qərib ədəbi hərəkatının əsas xüsusiyyətləri
aşağıdakılardır:
1.
Danışıq dilini şeirə gətirmək, sadə dildə yazmaq2. Atalar sözü, məsəl, folklor, şifahi xalq ədəbiyyatından faydalanmaq
3. Şeirdə ölçü, bölgü və qafiyəyə qarşı çıxmaq, mənaya əhəmiyyət vermək
4. Sərbəst vəzndə yazmaq
5. Şeirdə ironiya və istehzaya yer vermək
6. Gündəlik həyatdakı hadisələri, sıradan insanların problemlərini, sevinclərini, qəribəliklərini əks etdirmək
7. Arqo ifadələrdən, jarqonlardan istifadə etmək
8. Kiçik insan tipini yaratmaq
9. Şeirdəki bütün qayda-qanunları rədd etmək və poeziyanın musiqi, rəsm kimi incəsənət sahələri ilə əlaqəsini kəsmək
10. "Şeir xalqa səslənməlidir” şüarıyla hər şeyi şeirin mövzusuna çevirmək
Sürrealizm və dadaizmdən təsirlənən şairlər
şüuraltı, xəyal, yuxu, uşaqlıq həyacanı, gənclik istəyi kimi mövzulara tez-tez
müraciət etmiş və şeirin duyğulara deyil, ağıla səslənməsi vacibliyini
vurğulamışlar. Sadə dildə yazan Qəribçilər şeirin bütün poetik ənənələrdən,
qaydalardan uzaqlaşması labüdlüyünü dilə gətirmişlər. Qərib poetikasına görə
şeirdə ahəng üçün qafiyə və vəznə ehtiyac yoxdur. Şeir bütünlüklə mənadan ibarətdir
və o, insanın duyğularına deyil, ağlına səslənməkdədir. Keçmişə tənqidi gözlə və
istehzayla baxan Qəribçilər üçün əsas meyar şeirdəki kəlimələr, sözlər deyil,
onun arxasında dayanan güclü mənadır, həqiqətdir.
Qəribçilərə
görə şeir bu günə qədər varlı təbəqənin istəyi, zövqü üçün yazılmışdır. Yeni
şeir isə bu anlayışı alt-üst edərək xalqın zövqünə səslənməkdədir. Bu səbəblə də
"kiçik insan” şeirin mərkəzinə yerləşdirilmişdir. "Kiçik insan”ı görməzdən gələn
klassik şeir sadəcə varlı təbəqənin zövqünü dilə gətirməklə yetinmişdir.
Qəribçilər
yeni düşüncələriylə, ortaya qoyduqları poetik anlayışla klassik şeirə qarşı
çıxmış, Nazim Hikmətin sosialist-realist şeirini, "Beş hecaçılar”ı, Əhməd
Haşimin lirikasını rədd etmişlər. Orxan Vəli "Şeir Türkiyədə yeni yarandı və bu
günə qədər heç bir şəkildə şeir mövcud deyildi” ifadəsiylə keçmişi tamamilə yox
hesab etmişdir. Onların bu davranışı XX əsrdə Qərbi Avropada geniş yayılmış
dadaizm adlı modernist cərəyanın təsiri altında qaldıqlarının bir göstəricisidir.
Keçmişə aid olan hər şeyin silinməsi prinsibi ilə yola çıxan Qəribçilər şeirlərində
bu düşüncəni əks etdirən nümunələr verməyə çalışmışlar. Orxan Vəli Kanık keçmiş
poetik ənənənin hansı səbəblə yox edilməsi vacibliyini aşağıdaki şəkildə
açıqlamışdır:"Quruluşu təməldən dəyişdirmək lazımdır. Biz illərdən bəri zövqümüzə, səviyyəmizə və iradəmizə hökm etmişik; onları yaradan və formalaşdıran ədəbiyyatın cansıxıcı, hədsiz təsirindən qurtulmaq üçün ədəbiyyatların bizə öyrətdiyi hər şeyi unutmalıyıq, atmalıyıq. O ruhu atmaq, o səviyyəni itirmək, o zövqü unutmaq məcburiyyətindəyik. Sadəcə gözəllik konsepsiyamız deyil, bütün araşdırmalarımızın istiqaməti dəyişməlidir. Yeni elementlər, yeni materiallar, yeni ədəbi üsullar tapmalıyıq.”Qəribçilərin dünyagörüşünü, şeir
anlayışını, düşüncələrini yazdıqları lirik parçalardan görə bilərik. Buna misal
olaraq Orxan Vəli Kanığın məna zənginliyi baxımından seçilən məşhur "İstanbulu
dinləyirəm” şeirindən bir nümunə vermək mümkündür:
İstanbulu dinləyirəm, gözlərim bağlı;Öncə xəfif bir rüzgar əsir;
Yavaş-yavaş sallanır
Yarpaqlar, ağaclarda;
Uzaqlarda, çox uzaqlarda,
Suçuların heç durmayan çınqırakları;
İstanbulu dinləyirəm, gözlərim bağlı.
Dili sadədir. Şeirdə sevgili olaraq düşünülən İstanbula qarşı
dərin bir həsrət vardır. İstanbul vasitəsilə biz gündəlik həyatdakı sadə
insanların vaxt keçirdiyi məkanlarda dolaşır, onların yaşadığı həyat tərzi ilə
yaxından tanış oluruq. Eyni zamanda bu İstanbul gəzintisi oxucunu mənəvi
yolculuğa dəvət edərək onu ruhunun dərinliklərinə endirməkdə, öz daxili
dünyasına aparmaqdadır.
Qərib hərəkatı türk şeirinə gətirdiyi
yenilik və dəyişikliklərlə təsirini günümüzə qədər davam etdirən bir ədəbi cərəyandır.
Qərib topluluğu Türk ədəbiyyatında güclü məktəb yaradaraq həm 40-cı illər, həm
də sonrakı dövr şairlərinə təsir göstərmişdir. 1940-cı illərin ikinci yarısında
cərəyan ilk dövrlərdəki təsirini itirsə də, 1949-cu ildə Ankarada topluluğun mətbu
orqanı olaraq nəşr olunan "Yarpaq” jurnalıyla təkrar canlanmışdır. Lakin
1950-ci il 15 iyun tarixində "Yarpaq” jurnalının bağlanması və 14 noyabr Orxan
Vəli Kanığın ölümü Qərib cərəyanının sonunu gətirmişdir.
Orxan Vəlinin ölümündən sonra
topluluğun digər təmsilciləri Melih Cövdət Anday və Oktay Rüfət Horozcu yeni
axtarışlara başlamış və "İkinci yeni” şeirinin təsiri altında qalmışlar. Qərib
topluluğuna sonradan Rüştü Onur və Müzəffər Tayyib Uslu da daxil olmuşdur. Mətin
Eloğlu isə həm Qərib şeirinin davamçısı, həm də təmsilçisi olaraq on ilə yaxın
bu ənənəni davam etdirmişdir.
Aydan Umudova Çevik