AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tranzit nəqliyyat dəhlizlərin imkanları müzakirə ediləcək

Tranzit nəqliyyat dəhlizlərin imkanları müzakirə ediləcək

İqtisadiyyat
07 Dekabr 2019, 17:00 778
Türkmənistanda gələn ilin martında dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələrin Nəqliyyat nazirləri səviyyəsində beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın Xarici İşlər Nazirliyinin, Sənaye və Rabitə Nazirliyinin və Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin təşkil edəcəkləri konfrans tranzit nəqliyyat dəhlizlərinin imkanlarından yararlanaraq nəqliyyat diplomatiyası və davamlı inkişafın təşviqi məqsədi daşıyır.
Tranzit dəhlizi Şərq-Qərb və ya "Yeni İpək yolu” layihəsi Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin yenidən bərpa olunması ilə bağlı təşəbbüsdür.
Qeyd edək ki, Xəzər dənizi vasitəsilə Azərbaycandan keçərək Avropa, Cənub-Şərqi Asiya, Yaxın Şərq bazarlarına çıxaraq Orta Asiya ölkələri arasında nəqliyyat və rabitə əlaqələrinin genişlənməsi ilə əlaqədardır. Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlara malikdir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində əvəzolunmaz rola malik olması, ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir.