• cümə axşamı, 25 aprel, 11:42
  • Baku Bakı 14°C

Tramp koronavirusun siyasiləşdirilməsinə son qoymağa çağırıb

11.08.20 11:37 597
Tramp koronavirusun siyasiləşdirilməsinə son qoymağa çağırıb
ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasının siyasiləşdirilməsinə son qoymağa çağırıb və virusun Birləşmiş Ştatlara necə gəldiyini müəyyən etməyə söz verib.
APA"TASS”-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib.
"Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq və bunun əvəzində infeksiyanın ABŞ-a, bütün dünyaya necə gəldiyini qınamaq üçün birləşməliyik. Bunu axtarmaq və müəyyən etmək niyyətindəyik”, - Tramp belə deyib.
ABŞ liderinin sözlərinə görə, bu virusa qalib gəlmək üçün dünya ölkələri birlikdə çalışmalıdırlar: "ABŞ rəhbərliyi mümkün qədər çox insanın həyatını xilas etmək niyyətindədir. Biz bunun üçün başqa ölkələrlə də işləyirik”.
banner

Oxşar Xəbərlər