AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən il dünyada elektromobillərin satışı 10 faiz artıb

Ötən il dünyada elektromobillərin satışı 10 faiz artıb

İqtisadiyyat
17 Fevral 2020, 12:07 1053
Ötən il dünyada satılan elektrik avtomobillərinin sayı açıqlanıb.
"APA-Economics"in "EV-volumes.com" portalına istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünyada 2,21 mln. elektrik nəqliyyat vasitəsi satılıb ki, bu da 2018-ci illə müqayisədə 10% çoxdur. Elektromobillər ümumi avtomobil bazarındakı payını 2,1%-dən 2,5%-ə yüksəldə bilib.
Ötən il ən çox "Tesla" (367 820 ədəd), BYD (229 506 ədəd) və BAIS (160 251 ədəd) elektromobilləri satılıb. 2019-cu ilin ən populyar elektromobillər sırasına həmçinin SAIC, BMW, "Volkswagen", "Nissan", "Geely", "Hyundai" və "Toyota" şirkətlərinin istehsal etdiyi elektrik nəqliyyat vasitələri də daxil olub.