AZE | RUS | ENG |

Ötən həftə 11 rayonda 212 fermer təlimlərə cəlb olunub

Ötən həftə 11 rayonda 212 fermer təlimlərə cəlb olunub
Bu ilin yanvar-avqust ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikada 1123 təlim keçirilib. Təlimlərdə 20336 fermer və məhsul istehsalçısı iştirak edib.
AZƏRTAC xəbər verir ki, ötən həftə ərzində respublikanın 11 müxtəlif rayonunda 14 təlim keçirilib. Təlimlərə, ümumilikdə, 212 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Aqrar Xidmətlər Agentliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən keçirilib.
Qeyd edək ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında təşkil edilir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967