• cümə axşamı, 28 mart, 19:28
  • Baku Bakı 13°C

Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət müzakirə edildi - FOTO

28.07.22 20:37 1038
Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət müzakirə edildi - FOTO

Bu gün  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə xidmətin inzibati binasında Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Qarabağla bağlı çoxsaylı monoqrafiya və məqalələrin müəllifi  Vüqar Tofiqli ilə görüş keçirilib.

Kaspi.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov və Mədəni irsin qorunması şöbəsinin abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov iştirak  edib.

İki saat yaxın davam edən görüşdə maddi-mədəni irsimizin qorunmasıyla bağlı vətəndaş cəmiyyətinin təmsilçilərinin üzərinə düşən vəzifələr, habelə Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət, o cümlədən Fatmayı kəndinin tarixi abidələrinin bu günkü durumu geniş müzakirə edilmişdir. Bununla yanaşı Zirə qəsəbsindəki “El hamamı”nın müzeyə çevrilməsiylə bağlı təklifə müsbət yanaşılmışdır.

Görüş iştirakçıları birmənalı olaraq Sultanbud kurqanı üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olmasıyla bağlı xidmətin müvafiq orqanlar qarşısında vaxtında məsələ qaldırması və aparılan işlərin dayandırıldığı  xüsusi olaraq vurğulanmışdır.

 Qaldırılan mövzular ətrafında təkrar görüşlərin keçirilməsi məqsəduyğun hesab edilmişdir.

banner

Oxşar Xəbərlər