AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Solğun çiçəklər” tamaşası nümayiş etdirilib

“Solğun çiçəklər” tamaşası nümayiş etdirilib

Mədəniyyət
21 May 2019, 14:37 480
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin  (ADPK) tələbələrinin ifasında universitetdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cəfər Cabbarlının "Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. ADPU-nun rəhbərliyi, müəllim və tələbələri tamaşanı izləyiblər. Tamaşanın rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmməd Səfadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci dekabr ayının 17-də milli dramaturgiyamızın təşəkkülündə və inkişafında yeni mərhələnin başlanğıcını qoymuş Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. ADPU-da nümayiş etdirilən bu tamaşa da həmin Sərəncama uyğun olaraq keçirilib.
Qeyd edək ki, Cəfər Cabbarlının digər əsərləri kimi, "Solğun çiçəklər”  əsəri də müasir dövrümüzdə aktuallığını saxlayır. Tələbələr rollarının öhdəsindən bacarıqla gəliblər. Onların yaratdıqları maraqlı və təsirli səhnələr izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Tamaşanın nümayişindən sonra Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev rejissor Məmməd Səfaya və tələbə-gənclərə tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkür edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.