• bazar ertəsi, 16 sentyabr, 22:58
  • Baku Bakı 25°C

SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb

07.09.24 00:02 686
SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb

Sentyabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xorvatiyaya qaz təchizatına başlayıb. “Report” SOCAR-a istinadən xəbər verir ki, Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.

Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.

banner

Oxşar Xəbərlər