• cümə axşamı, 18 aprel, 20:52
  • Baku Bakı 21°C

“SOCAR Petroleum”un baş direktoru dəyişib

02.12.21 15:25 297
“SOCAR Petroleum”un baş direktoru dəyişib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan "SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.
Kaspi.az-ın məlumatına görə, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib. O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.
Faktı "Report”a "SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.
Qeyd edək ki, Rövşən Həsənov "Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, "SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin39yanacaqdoldurma məntəqəsi və11neft məhsullarının saxlama terminalı,1sıxlaşdırılmış təbii qaz terminalı və9CNG stansiyası fəaliyyət göstərir. "SOCAR Petroleum"da2 000nəfərdən çox işçi çalışır.
banner

Oxşar Xəbərlər