• şənbə, 03 May, 20:28
  • Baku Bakı 16°C

SOCAR liderliyini saxlayır

03.05.25 00:35 177
SOCAR liderliyini saxlayır

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 105,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (105,7 milyon ABŞ dolları) məxsus olub. “Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57% payla təmsil olunduğu "SOCAR Polymer" MMC (59 milyon ABŞ dolları), "AzerGold" QSC (42,7 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (39,7 milyon ABŞ dolları), ilk dəfə SOCAR-ın Qaz İxrac İdarəsi (23,7 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (9,6 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (3,8 milyon ABŞ dolları), "Azərenerji" ASC (1 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (237,7 min ABŞ dolları) və "Qaradağ Şüşə Zavodu" ASC (59,8 min ABŞ dolları) qərarlaşıb.

Qeyri-neft ixracından gəlir 19% artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında SOCAR-ın qeyri-neft ixracından gəlirləri ilə bağlı məlumatlar da yer alıb. 

Bildirilib ki, bu ilin yanvar-mart aylarında şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 105,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 16,5 milyon ABŞ dolları və ya 18,5% çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında SOCAR-ın 57%-lik törəməsi olan “SOCAR Polymer” MMC isə 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 4,6% çoxdur.

banner

Oxşar Xəbərlər