Səyyar kitab köşkləri olsunmu?
Bakıda ilk dəfə Nərimanov metrosu yaxınlığındakı parkda "kitab
dayanacağı”nın yaradılması ilə sökülməsi arasındakı vaxt yalnız bir həftə çəkdi.
Səbəb kimi Bakı şəhər Ticarət Departamenti tərəfindən dayanacağın yaradılmasına
icazə verilməməsi göstərildi. Əhalinin kitaba sevgisini və mütaliə vərdişini yenidən
oyatmaq məqsədi güdən "Kitab dayanacağı" layihəsinin təşkilatçısı
olan "Progress club" isə layihə çərçivəsində paytaxtın bir neçə
yerində kitab dayanacaqlarının quraşdırılmasını nəzərdə tutur. Qeyd edək ki, bu
layihə Azərbaycanda ilk dəfə Sumqayıtda həyata keçirilib. Prezident yanında Gənclər
Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclərinin
Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə "Kitab oxuma
Dayanacağı” yaradılıb.
Ümumiyyətlə, şəhərin müxtəlif parklarında, insanların dincəldiyi ərazilərdə səyyar kitab köşklərinin yaradılması təqdirəlayiqdir. Bizdə tez-tez belə köşklərin yaradılması fikri səslənsə də, hələlik çox az yerdə yaradılıb. Milli Kitabxananın yaratdığı "Açıq kitabxana” isə bu istiqamətdə atılan ilk addım hesab olunur.
Gəzən reklam agentliyi
Təranə Məhərrəmova
Ümumiyyətlə, şəhərin müxtəlif parklarında, insanların dincəldiyi ərazilərdə səyyar kitab köşklərinin yaradılması təqdirəlayiqdir. Bizdə tez-tez belə köşklərin yaradılması fikri səslənsə də, hələlik çox az yerdə yaradılıb. Milli Kitabxananın yaratdığı "Açıq kitabxana” isə bu istiqamətdə atılan ilk addım hesab olunur.
Açıq kitabxana
Qeyd edək ki,
bizdə artıq üç ildir ki, Milli
Kitabxananın "Açıq kitabxana”sı yaradılıb. Təşkil edilmiş bu kitabxana günün 24 saatı ərzində
oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait
yaradır. Milli Kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə
İsmayılova bu kitabxananı gənclərin, şəhər sakinlərinin fəaliyyəti üçün
fasiləsiz xidmət göstərən mütaliə mərkəzi adlandırır: "Oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi,
ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına
dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində
kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatının geniş yer
tutduğunu bildirir: "Bura sərbəst fəaliyyət guşəsidir. Bütün şəhər
sakinlərinin, eləcə də şəhərə gələn xarici qonaqların oturub sərbəst istifadə
etməsi üçün açıq kitabxanadır. Açıq kitabxana”da "Mən oxudum, sən də oxu”
devizi altında "Kitabı kitaba dəyişmə” guşəsi, uşaq guşəsi fəaliyyət göstərir.
Burada hər bir vətəndaşa, artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin
guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və
yaşayış yerində oxumaq imkanı yaradılıb”. Kitabxanada həmçinin Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap
olunan kitabların onlayn sifarişi və oxuculara çatdırılması sisteminin də təşkili
nəzərdə tutulub.
Direktor müavini deyir ki, bu gün bütün dünyada bu təcrübədən istifadə
olunur və sevindirici haldır ki, bir sıra turizm obyektlərində də bu ənənə tətbiq
edilir: "Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın birgə layihəsi əsasında
yaradılan "Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin,
görkəmli şəxsiyyətlərin görüş yerinə çevrilib, müəlliflərlə oxucular, kitabla
oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirir. Oxucu oxuduğu kitabı, artıq ona lazım deyilsə, gətirib
açıq kitabxanaya təhvil verir. Ona lazım olmayan kitabı qoyur başqa kitabla əvəzləyib
götürür. İstəyirsə, açıq kitabxanada oturub mütaliə edə bilər, istəyirsə də
başqa bir guşədə istədiyi yerdə oturub mütaliə edə bilər. Açıq səma altında poeziya gecələri,
mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və
şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunur, onlarla imzalı
görüşlər keçirilir”.
Ə.İsmayılovanın fikrincə, kitab köşklərinin şəhərin ayrı-ayrı yerlərində
yaradılması ideyası çox yaxşıdır: "Bunun insanların, xüsusən gənclərin mütaliəsinə
çox dəstəyi olacaq. Ümumiyyətlə, hardasa kitab köşkü açılırsa, çox gözəl ənənədir.
Bu, gənc nəslin yetişməsinə böyük dəstəkdir. Mən həmişə deyirəm, kitab insanı
elmli edir, savadlandırır, hərtərəfli inkişaf etdirir. Bu, uşaq yaşlarında ailədən,
bağçadan, orta məktəbdən gəlir və sonra da davam edir. Əsas bünövrəsi ailədən,
bağça yaşından qoyulur. Kitab köşkləri də açılırsa, bu, çox gözəl ənənədir,
alqışlayırıq”.
Səmavi dərvişlərin turistik hala gətirilməsi
Yazıçı Orxan Fikrətoğlu səyyar kitab köşklərinin yaradılmasını bütün
hallarda yenilik adlandırır: "Burada 3 məsələ var: kitabları kim seçəcək, hansı
kitablar seçiləcək, hansı nöqtələrdə təbliğ olunacaq. Digər tərəfdən əhalinin
kitaba hazır olub-olmaması məsələsi var. Bugünkü oxucu zövqü, ümumiyyətlə, məktəbdən, televiziyalardan, xüsusilə elektron və yazılı
mediadan asılı olan və formalaşdırılmış zövqdür. Mən inanmıram ki, bugünkü Azərbaycan
gerçəkliyində kimsə səyyar kitab köşklərindən kitab alıb oxumaq dəbini
oturuşmuş saysın. Amma Azərbaycanda
intellektual zümrə, kitab oxuyanlar var”. Yazıçı hesab edir ki, bizdə bədii
zövq və ədəbiyyatın təbliği düzgün aparılmır: "Kim bir sayt ətrafında birləşə
bilirsə, o sayt özünün mühitini yaradır və cəmiyyətə səhv dəyərləri aşılayır.
Digər tərəfdən, Yazıçılar Birliyinin də
öz kumirləri, özünün qəbul edib-etmədiyi yazarlar var. Təəssüf ki, bu müxtəliflik
normal, intellektual oxucu yetişməsinə mane olur”. Bununla belə, O.Fikrətoğlu
hesab edir ki, səyyar kitab köşklərinin yaradılması yenilik kimi maraqlıdır:
"Bir var, şəhərə çıxanda ancaq apteklər və dönərxanalar görəsən, bir də var
kitab köşkləri görəsən. Bu, təxminən səmavi dərvişlərin turistik hala gətirilməsi
kimi bir şeydir. Yəni görüntüdür, sadəcə. Amma bunun mahiyyəti çox dərindir, bu
da islahatlara bağlıdır. Görünür, bu zəmində də kadr islahatları aparılmalıdır.
Ədəbiyyat düzgün təbliğ olunmalıdır. Düzgün adamlar təbliğ olunmalıdır”.
Nə şəkildə təşkil olunacaq?
"Altun” kitab evinin direktoru Rafik İsmayılov hesab edir ki, bu təşəbbüs, istənilən halda,
oxucunun kitaba əlçatanlığını mümkün qədər rahat etməyə kömək edər: "Amma bu nə
şəkildə təşkil olunacaq, təsəvvür etmirəm. Ona görə ki, şəxsən mən bir oxucu
kimi elə kitabxanaları seçirəm ki, orada kitablar külli miqdarda olsun. Yəni
istəyimə uyğun kitab seçə bilim. Səyyar kitab köşkləri nə boyda olacaq və ora nə
qədər kitab yerləşəcək ki, insan orada dayanıb kitab seçə bilsin”.
Gəzən reklam agentliyi
Yazar Cavid Zeynallı hesab edir ki, kitab köşklərinin şəhərin müxtəlif
yerlərində yerləşdirilməsi çox faydalı və əhəmiyyətli addımdır: "Bu yaxınlarda müasir
və yığcam bir köşkü şəhərdə yerləşdirmişdilər. İctimai rəydə müsbət fikir
yaratdı, xoş sözlər yazıldı. Sonra hansısa səbəblərdənsə həmin köşkü sökdülər.
Ümumiyyətlə, kitab, ədəbiyyat, mədəniyyət və mənəviyyat adına görülən bütün işlərə
dəstək olmaq lazımdır. Ən azı, yazıçılar və oxucular bu işdə fəal olsalar, nəticəsi
yaxşı olar”.
Yazarın sözlərinə görə, bu gün ədəbiyyatın, sözün həqiqi mənasında
ictimai-sosial dayağa ehtiyacı var: "Gəlin, razılaşaq ki, son illər kitabla
bağlı məsələlərdə müəyyən müsbət hadisələr yaşanır. Elə götürək sonuncu kitab sərgisini.
İnsanlar axın edirdi, kitab alırdı, yazıçı-şairlə şəxsən tanış olurdu. Bütün
bunlar rəy formalaşdırır, təəssürat yaradır. İndi şəhərin müxtəlif yerlərində səyyar
kitab satış məntəqələri var. Dəfələrlə oradan kitablar almışam. Biz oxucunun
ayağına getməyə məhkumuq. Nə qədər ki, vəziyyət bizim xeyrimizə deyil, köşklər,
sərgilər, aksiyalar vasitəsi ilə oxucunun "çaldığı havaya” oynamalıyıq.
Quraşdırılan köşklərin hər biri gəzən reklam agentliyidir. Onu hamı görür,
maraqlanır, şəkil çəkdirir və s. Nəticədə qazanan kitab olur. Kitab köşkünü görən
hər 100 nəfərdən 5-i kitab alsa, bu da qazanc sayılacaq. Ona görə, arzu edirəm
ki, Bakıda və regionlarda bu qəbildən olan addımlar daha sürətli atılsın!”
Təranə Məhərrəmova