“Serji qəbul etmə”
Etirazlara baxmayaraq, növbəti illərdə Ermənistanı baş nazir kimi
idarə etməyi qarşıya məqsəd qoyan Serj Sarkisyana qarşı narazılıqlar durmadan
artır. 1in.am (Birinci Erməni) agentliyinə müsahibəsində ekspert Arbak
Xaçatryan bildirir ki, bu gün Ermənistan 27 oktyabr (1998-ci il parlamentin
gülləbaran edilməsi) və 2008-ci il mart hadisələrindən sonra bərpası mümkün
olmayan bir ölkədir. "Parlamentin gülləbaran edilməsindən sonra iki yerə
bölünən Ermənistan Rusiyadan o qədər dərin asılı vəziyyətdədir ki,
istədi-istəmədi dünya güclərinin hədəfindədir. Buna baxmayaraq mən deməliyəm
ki, korrupsiya Ermənistanın bir nömrəli problemidir. Pensiyaya çıxan bütün
məmurlar çox sakitdirlər, çünki, onların biznesi və Qərb ölkələrində
milyonlarla dollarları var. Onları işdən qovurlar, əvəzində ailələrini götürüb
Birləşmiş Ştatlara gedirlər və bilirlər ki, heç bir məsuliyyətləri yoxdur. İndi
mən soruşuram – nə üçün bizim belə məmurlara qarşı sanksiyalar tətbiq olunmur?
Çox vacib bir fakt da var. Bu yaxınlarda Ermənistanın dördüncü prezidenti
seçilən Armen Sarkisyanın vətəndaşlığı ilə bağlı qalmaqal var. Qərbyönümlü
prezident kimi tanınan bu şəxsi istənilən an Ermənistana qarşı yönəltmək olar”.
"Belə olan halda Ermənistan mövqeyini necə müəyyənləşdirməlidir” sualına ekspert "bunun üçün legitim dövlət lazımdır və dövlət müəssisələri də işləməlidir. Lakin bunun əvəzində onlar özlərinin dəyişilməzliklərini təsdiqləyirlər” cavabını verib.
Ekspert Rusiya-Ermənistan münasibətlərində hər hansı bir dəyişikliyin baş vermə ehtimalına da toxunub. Onun qənaətincə, bunu üçün ilk növbədə istək, güclü səy olmalıdır. "Bütövlükdə söhbət tək erməni-rus münasibətlərindən getmir. Bizim bir sıra ölkələrdə diplomatik korpuslarda ciddi problemlərimiz mövcuddur. Xaricdəki diplomatlarımız yalnız yerli ermənilərin maraqlarını müdafiə etməklə məşğuldurlar. Mən hesab edirəm ki, bu gün edilənlər vətəndaşların maraqlarına uyğun deyil. Əgər onlar xaricdəki bizneslərini satıb bura gətirsələr, bütün erməni xalqı kreditini bağlayar. Bunun əvəzində onların başı kreslo uğrunda mübarizəyə qatılıb. Ermənistan rəhbərliyi peşəkar-təxribatçılardan ibarət, dələduz və çaqqalardan ibarət bir kolleksiyadır.
Ekspertin sözlərinə görə, Ermənistan aralıq müddətində çox güclü bir zərbə aldı: "İstənilən halda insanlar mübarizəyə qədəm qoyanda mən bunu alqışlayıram. Millətə qarşı cinayət törədənləri Rusiyada, Birləşmiş Ştatlarda, Avropada qəbul edirlər. Və bu şərəfsizlər xarici qüvvələrə arxalanırlar. S.Dəmirçiyan bir vaxt Robert Köçəryan üzərində qələbə qazandı. Lakin xaric sonuncuya dəstək verdi. Mən hesab edirəm ki, əgər insanlar həqiqətən də ayağa qalxsalar, onda heç kim xarici dəstəyə baxmayacaq. Onlar bu xalqı qula çeviriblər. İndi siz Ermənistanı qarət edən istənilən birindən soruşun, dərhal bildirəcək ki, hər şeyi alın təri ilə toplayıb. Onlar unudublar ki, doğma ataları kimdir. Sadəcə, qəribə bir fanatizm hökmranlıq edir. Mən onların pasportunda atalarının adını "Serjoviç” kimi yazılmasını təklif edirəm.
Başqa bir ekspert Aşot Qriqoryan vurğulayır ki, Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir: "Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Onun sözlərinə görə, ölkədə rus və Qərbmeyilli qüvvələr arasında çox ciddi toqquşma var. Bunun əsas səbəbi ondan ibarətdir ki, ölkənin prezidenti adlandırılan şəxs daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib: "Bizim daxili həyatımıza qarışan xarici ölkələrin sayı artır. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yolunu görə bilmirlər. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələr görürəm. Dəqiqdir ki, indiki baş nazir Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma problem onluq deyil, hədəfi yalnız baş nazir postu olan Serj Sarkisyandır. Bu hədəfin yalnız bir izahı var: baş nazir olmaq ona imkanlarını qorumaq, özünü və ailəsini xilas etmək üçün lazımdır. Bütün dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sarkisyan öz sözünün sahibi olsaydı, bu qəzəb və gərginlik bir qədər yumşala bilərdi”.
Ermənistanın "Vətəndaş müqaviləsi” müxalifət hərəkatının lideri, parlamentdə təmsil olunan "Çıxış” blokunun deputatı Nikol Paşinyan Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə almaq istəyinə özünəməxsus formada etiraz etmək qərarına gəlib. Müxalifət təmsilçisi etirazını tərəfdarları ilə birlikdə ölkə boyu piyada hərəkət etməklə reallaşdırmaq qərarına gəlib. O, aksiyaya ölkənin sayca ikinci böyük şəhəri olan Gümrüdən başlayıb. Onun sözlərinə görə, bu addımın məqsədi Serj Sarkisyanın ölkəni baş nazir kimi idarə etməsinə yol verməməkdir. N.Paşinyan bildirib ki, aprelin 9-da Serj Sarkisyanın prezidentlik müddəti başa çatır və Armen Sarkisyan ölkənin dördüncü prezidenti olacaq. Məhz o da ölkənin baş nazirinin adını açıqlayacaq. Proqnozlara görə, bu şəxs elə Serj Sarkisyan olacaq. Paşinyanın sözlərinə görə, onlar bütün ölkəni əhatə edəcək "Mənim addımım” yürüşləri aprelin 13-də Yerevanda Azadlıq meydanında başa çatacaq. Müxalifət funksioneri bu yürüşlə özlərinə xeyli tərəfdar toplayacağına ümid edir. "Biz vətəndaşların öz iradələrini ifadə etmək üçün meydan yaratmaq istəyirik”, - deyə o bildirib. Deputat ümidvardır ki, aprelin 13-də Azadlıq meydanında yüz minlərlə insan toplaşacaq və hakimiyyət də vətəndaşların bu iradəsinin qarşısında dura bilməyəcək. "Bizim fəaliyyətimizin yol xəritəsi yolların bağladılması, binaların mühasirəsi, vətəndaşların fəallığının artırılmasıdır. Sonda isə birlikdə parlamentin qarşısına toplaşıb Serj Sarkisyanın qurduğu yalançı hakimiyyətin fəaliyyətini dayandırmağa nail olmaqdır, - deyə N.Paşinyan bildirib. Onun sözlərinə görə, aksiyalar sırf dinc məqsədlərlə həyata keçiriləcək: "Biz nəinki, zorakılığı, həm də əks-zorakılığı qəbul etmirik. Başqa sözlə, zorakı addımlar atmayacağıq”.
Aksiya iştirakçıları Gümrüdən sonra onlar Vanadzor, Spitak, Razdan və Abovyanda olacaqlar. Paşinyan öz hərəkatı üçün mahnı da bəstələyib. Hakimiyyət isə baş verənlərdən elə də narahat deyil. Məsələ ondadır ki, "Çıxış” blokuna digər müxalifət partiyaları, o cümlədən "Maarifçi Ermənistan” və Aram Manukyanın "Respublika” partiyası küçə etirazları taktikasını qəbul etmirlər və bu səbəbdən də Paşinyana qoşulmayıblar. Lakin buna baxmayaraq, S.Sarkisyanın mümkün baş nazirliyinə qarşı "Ermənistan dövləti naminə Cəbhə” və gənclərin "Serji qəbul etmə” hərəkatı da çıxış edir.
Azər NURİYEV