• cümə, 19 Aprel, 17:52
  • Baku Bakı 25°C

Salman Rüşdi ABŞ-da bıçaqlanıb

13.08.22 14:00 868
Salman Rüşdi ABŞ-da bıçaqlanıb

Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib.

Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, yazıçıya edilən hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları var. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

banner

Oxşar Xəbərlər