• cümə axşamı, 18 aprel, 09:45
  • Baku Bakı 12°C

Rusiyada Azərbaycanla bağlı yeni jurnal çap olunub

04.10.19 09:15 1104
Rusiyada Azərbaycanla bağlı yeni jurnal çap olunub
Rusiyanın "Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupu tərəfindən "World Business Guide-Azerbaijan” jurnalının ilk sayı nəşr olunub. Jurnal Azərbaycanın Rusiya ərazisində daha geniş məkanda tanınmaq imkanı yaratmağı planlaşdırır. Həmçinin məqsəd Azərbaycanın Rusiya və digər dövlətlərlə işgüzar münasibətləri haqqında məlumat verməkdir.
Jurnalının ilk sayında dövlətlərimizin ticari-iqtisadi əməkdaşlığının inkişafı mövzusunda məmurlar, sahibkarlar, ictimai xadimlər və ekspertlərin müsahibələri yer alıb. Bu nömrədə artıq həyata keçirilən layihələr, ikitərəfli əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.
"Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, "World Business Guide-Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskaya bildirib ki, buraxılışda təkcə beynəlxalq əməkdaşlığı təşkil edən şirkətlər deyil, həm də Rusiyada azərbaycanlı sahibkarlar tərəfindən qurulan bir iş təqdim olunur. Mariya Suvorovskayanın sözlərinə görə, jurnalın ilk nömrəsində çox sayda qəhrəman var və hamısı Azərbaycanla Rusiya arasında ticari- iqtisadi əməkdaşlığın böyük və perspektivli gələcəyə sahib olacağını söyləyirlər: "Birinci sayımızda Azərbaycanın investisiya imkanları və ixrac potensialı təqdim edilib, Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən ən vacib və əhəmiyyətli layihələr haqqında məlumat verilib. İndi biznes, siyasət, mədəni əlaqələr və sosial layihələri özündə əks etdirən ilk sayını daşıyırsınız. Bu, çoxlarına Rusiya-Azərbaycan əməkdaşlığına yeni aspektdən baxmağa imkan verəcək”.
banner

Oxşar Xəbərlər